Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

Hazırda oxunan: Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

20956

Ermənistanın “Yerkir.am” saytı bu gün səhər “Dünəndən bəri azərbaycanlılar Basarkeçər (Vardenis) istiqamətində irəliləməyə başlayıb” mövzusunda yazı dərc edib. Sakinlərin dediklərinə görə, Azərbaycan Ordusu postlarını 1988-ci ilədək azərbaycanlıların yaşadığı və Göyçə gölündən 23 km aralıda yerləşdiyi Yuxarı Şorca kəndinin 3 km-yində qurublar. Onların fikrincə, bura kəndlilərin tarlaları və otlaq yerləridir. 

Axşama yaxın isə bu bölgədən (Qeqarkunik) olan müstəqil deputat Taqui Tovmasyan mövzu ilə bağlı fikirlərini səsləndirib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Qadın deputatın fikrincə, Azərbaycan Silahlı Qüvvələri Qeqarkunik bölgəsində Ermənistanın dövlət sərhədini pozmayıb:

"Vəziyyəti ordu korpusunun komandiri ilə müzakirə etdim. Heç bir pozuntu olmayıb”.
O, əlavə edib ki, Azərbaycan Ordusu Kəlbəcərin onların nəzarəti altına keçməsindən sonra qara görə sərhəddə post qura bilmirdilər, indi isə gəlib özlərinə aid olan torpaqlarda yerləşiblər.
"Onlar sərhədi bir millimetr belə keçməyiblər. Sərhədin Qeqarkunik hissəsində narahatlığa heç bir səbəb yoxdur", deyə o, qeyd edib.

Bundan əvvəl erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin Basarkeçər rayonunun (Vardenis) Yuxarı Şorca kəndində və Zəngəzur mahalında (Sünik) irəlilədiyi bildirilmişdi.

Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Ordusunun sərhədə doğru yaxınlaşdığı faktını təsdiq etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO