Göyçayda minik avtomobili ət dükanına çırpıldı - FOTO

Göyçayda minik avtomobili ət dükanına çırpıldı - FOTO

Hazırda oxunan: Göyçayda minik avtomobili ət dükanına çırpıldı - FOTO

209548

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında  şəhərin Nizami və M. Müşviq küçələrinin kəsişməsində qeydə alınıb. 

"Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ət dükanına çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və sərnişinlər xəsarət allblar.

Yaralılar dərhal təcili yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə sərnişin, 2003 -cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb. Sürücü, eləcə də digər üç sərnişinə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO