“Exit-poll”: Seçici fəallığı 81-84 faizdən yuxarıdır

“Exit-poll”: Seçici fəallığı 81-84 faizdən yuxarıdır

Hazırda oxunan: “Exit-poll”: Seçici fəallığı 81-84 faizdən yuxarıdır

209501

Azərbaycanda 7-ci dəfədir ki, seçki prosesində iştirak edirik. Ümumilikdə 63 min seçicinin fikirlərini öyrəndik. Ölkə üzrə 875 seçki dairəsində 1950 təmsilçimiz yerlərdə çalışırdı. Seçici fəallığı 81-84 faizdən çoxdur.

Bizim.Media xəbər verir ki, bu sözləri növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransında və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə “exit-poll” keçirən ABŞ-ın "Oracle Advısory Group" şirkətinin nümayəndəsi Vlada Qalan deyib.

O bildirib ki, indiyədək ümumilikdə 63 min nəfərin rəyi soruşulub. “80 sahə nəzarətçimiz fəaliyyət göstərirdi və 20 məlumat üzrə 20 nəzarətçi çalışırdı. Bütün nəticələr 20 data operatoru tərəfindən diqqətli şəkildə qeydiyyata alınıb. Gün ərzində 3 dəfə hesabatlılıq aparmışıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 deputatlığa namizəd mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO