Milli Məclisə növbədənkənar parlament seçkiləri saat 19:00-da yekunlaşıb.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində də seçki prosesi dayanıb.
Məntəqənin sədri Əzizə Abbasova Bizim.Media-ya açıqlamasında qeyd edib ki, qeydiyyatda olan 1437 nəfərdən 450-si səsvermədə iştirak edib. Bu da seçicilərin 31.3%-ni təşkil edir:
MÖVZU İLƏ BAĞLI:
17 saylı seçki dairəsinin 8 saylı məntəqəsində səsvermə BAŞA ÇATDI – VİDEO
“19 nəfər daşınan qutu vasitəsilə səs verib. Fiziki məhdudiyyəti olan şəxslərdən məntəqədə iştirak edən olmayıb, onlar səyyar qutular vasitəsilə səs veriblər. Bu il 7 nəfər ilk dəfə seçkidə iştirak etmək hüququ qazansa da, onlardan 4-ü səs verib”.
Nəzrin Mirzəyeva, Bizim.Media