Zaqatalada seçkilər nələrlə yadda qaldı? – FOTO

Zaqatalada seçkilər nələrlə yadda qaldı? – FOTO

Hazırda oxunan: Zaqatalada seçkilər nələrlə yadda qaldı? – FOTO

209475

112 saylı Zaqatala Dairə Seçki Komissiyasında Milli Məclisə seçkilərdə 7 namizəd qeydə alınıb. Onlardan ikisi siyasi partiyanın, 5 nəfər isə öz təşəbbüsü ilə namizəd olublar. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Dairə Seçki Komissiyasının sədri Fikrət Mustafayevin məlumat verib. 

Bildirilib ki, dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsi üzrə 50 min 252 seçici qeydə alınıb.

Bu seçkilərdə dairə üzrə 260 gənc ilk dəfə səs verib. Qeyd edilib ki, səsvermənin gedişini izləmək üçün  5 məntəqədə veb-kameralar da quraşdırılıb. Dairə üzrə 829 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.


Seçicilərin 760 nəfəri 80-100 yaş arasındadır. Sədr sözlərinə onu da əlavə edib ki, Yengiyan kənd sakini 101 yaşlı Rübeydə Gülməmədova ən yaşlı seçici kimi bu gün səsvermədə iştirak edib. 

Dairənin 5 saylı məntəqəsi ucqar Bəhmətli kəndində yerləşir. Məntəqə sədri  Vaqif Qaraqedəyev in sözlərinə görə ucqarda yerləşən bu kənd məntəqədəsində veb-kamera quraşdırılıb. Dünyanın istənilən yerindən seçkiləri izləmək mümkündür. 


“Məntəqədə 1135 seçici var. Məntəqə üzrə 8 seçici xəstə və yaşlı olduğundan onların evinə danınar qutular aparılılıb” deyən sədr sözlərinə onu da əlavə edir ki, seçki prosesini ATƏT nümayəndələri də izləyib.    

Məntəqə sədri seçkinin sakit və qaydasında keçdiyini, bu saatlara kimi hər hansı bir pozuntu qeydə alınmadığın diqqətə çatdırıb. 


112 saylı Dairənin 15 saylı məntəqəsi isə Əliabad kəndində yerləşir. Məntəqə sədri Natəvan Məmmədovanın məlumatına əsasən bu saatlara heç bir qanun pozuntusu qeydə alənmayıb və seçkilər öz axarı ilə davam edir.  

“Bu məntəqə üzrə 1393 seçicimiz var. Xəstəmiz yoxdu, müraciət edib qeydiyatdan çıxan olmayıb”- deyən məntəqə sədri seçicilərin aktivliyini də diqqətə çatdırıb.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO