Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilir.
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Aidə Quliyeva-nın Bizim.Media-ya verdiyi məlumata görə, gün ərzində seçici fəallığı müşahidə olunub.
Qeydiyyatda olan 1390 seçicidən 435-i səsvermədə iştirak edib.
Sədr qeyd edib ki, qeydiyyatda bu il 18 yaşı yenicə tamam olan 2 nəfər olsa da, onlar seçkidə iştirak etməyib.
"5 nəfər daşınan qutu vasitəsilə səs verib. Gözdən əlil şəxslərin səs verməsi üçün şərait yaradılsa da, müraciət edən olmayıb".
Qeyd edək ki, bu gün 3 saylı məntəqənin seçiciləri arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da olub.
Nəzrin Mirzəyeva, Bizim.Media