Mikayıl Cabbarov səs verdi – FOTO

Mikayıl Cabbarov səs verdi – FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov səs verdi – FOTO

209463

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə səsvermə hüququndan istifadə edib. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. 

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. 

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO