"Bu gün Azərbaycan Respublikasında dorğudan da bayramdır. Şən əhval ruhiyyə ilə öz oğulları və nəvələri ilə seçki məntəqəsinə gələn insanlar inanırlar ki, bu gün keçirilən parlament seçkiləri ölkənin inkişafına töhfə verəcək".
Bunu Bizim.Media-ya açıqlamasında Belarus Parlament Assamblyesanın sədr müavini Sergey Xomenko deyib.
Onun sözlərinə görə, Belarus və Azərbaycan iki qardaş ölkədir:
"Hansı ki, çox çətinliklərdən keçiblər. Bunun bariz nümunələrindən biri odur ki, azərbaycanlılar belaruslularla birgə bizim ölkəmizin azad edilməsində iştirak ediblər. Azərbaycanın 14 vətəndaşı Belarusun azad edilməsi uğrunda Sovet İttifaqı Qhrəmanı adına layiq görülüb.
Biz onların adlarını indi də fəxrlə yad edirik. Həmin qəhrəmanların adları küçələrə və bir çox təşkilatlara qoyulub. Bu baxımdan biz Azərbaycan xalqı ilə birgəyik və öz tariximizi heç vaxt unutmuruq".
Deputat işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərindən də söz açıb və bildirib ki, Füzuli və Xankəndidə yaradılan seçki məntəqələrində keçirilən seçkiləri yaxından müşahidə edib:
"Növbəti gedəcəyimiz şəhər isə Şuşa olacaq. Məntəqələrdə bütün seçki prosesi yüksək səviyyədə təşkil olunub. İnanıram ki, nəticədə xalq layiq bildiyi öz namizədini seçəcək".
Qeyd edək ki, Belarus Respublikası Parlament Assambleyasının sədr müavini Sergey Xomenko və Belarus Respublikası Parlament Assambleyasının Qanunvericilik və Dövlət quruculuğu üzrə daimi komissiyasının sədr müavini Aleksey Vasilyev Qarabağda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkiləri izləyiblər.
Belarus Respublikasından olan müşahidəçilər səsvermə prosesini Füzulidə izlədikdən sonra Xankəndi şəhərinə gəliblər. Onlar Xankəndi şəhərindəki keçmiş mərkəzi inzibati binada yaradılmış 14 saylı və Kərkicahan qəsəbəsindəki 15 saylı məntəqələrdə seçki prosesi ilə tanış olublar. Belaruslu müşahidəçilər daha sonra Şuşa şəhərinə yola düşüblər.
Bizim.Media