Naxçıvanda seçici fəallığı hansı SƏVİYYƏDƏDİR? – MSK-dan AÇIQLAMA

Naxçıvanda seçici fəallığı hansı SƏVİYYƏDƏDİR? – MSK-dan AÇIQLAMA

Hazırda oxunan: Naxçıvanda seçici fəallığı hansı SƏVİYYƏDƏDİR? – MSK-dan AÇIQLAMA

209451

Növbədənkənar parlament seçkilərində Naxçıvan Muxtar Respublikası üzrə saat 15:00-a olan seçici fəallığını açıqlanıb.

Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) saat 15:00-a olan məlumatına görə, muxtar respublika üzrə seçici fəallığı 30 faizdən yüksəkdir.

Naxçıvanda ümumillikdə saat 15:00-dək 76.507 nəfər səs verib. 

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələri üzrə saat 15:00-a olan seçici fəallığı barədə məlumatı təqdim edirik: 

1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə: 16 135 nəfər, 33.04 % 

2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə: 17 081 nəfər, 34.79 % 

3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə: 14 549 nəfər, 30.58% 

4 saylı Naxçıvan şəhər Seçki Dairəsi üzrə: 14 125 nəfər, 30.14 % 

5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsi üzrə: 14 617 nəfər, 29.87 % 

6 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə: 13 330 nəfər, 28.33 %. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO