90 saylı Ağsu seçki dairəsində 358 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edir – FOTO

90 saylı Ağsu seçki dairəsində 358 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edir – FOTO

Hazırda oxunan: 90 saylı Ağsu seçki dairəsində 358 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edir – FOTO

209450

90 saylı Ağsu seçki dairəsində də növbədənkənar parlament seçkiləri seçicilərin aktivliyi ilə davam edir. Belə ki, 62 məntəqəni əhatə edən dairə üzrə səsvermə hüququ olan 51967 seçici ölkəmizin həyatında mühüm hadisə olan parlament seçkilərində öz seçimlərini edir. 

Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev Bizim.Media-nın Aran bürosuna bildirib ki, səhər saatlarından səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səs verməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. 

Dairə sədri bildirib ki, bu gün səsvermədə 358 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edir.

Seçicilər fəallığı Ağsu şəhərindəki 1 saylı seçki məntəqəsində özünü daha çox büruzə verir. Bütün məntəqələrdə səsvermənin gedişatı yerli və xarici müşahidəçilər tərəfindən izlənilir, 9 məntəqədə veb-kamera quraşdırılıb. Hazırda saat 15:00-a olan məlumata görə, 16327 nəfər, yəni seçicilərin 32.4 faizi səsvermə hüququndan istifadə edib. 














Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO