58 saylı Xaçmaz kənd seçki dairəsində səsvermə davam edir – FOTO

58 saylı Xaçmaz kənd seçki dairəsində səsvermə davam edir – FOTO

Hazırda oxunan: 58 saylı Xaçmaz kənd seçki dairəsində səsvermə davam edir – FOTO

209448

Növbədənkənar parlament seçkiləri üzrə 58 saylı Xaçmaz kənd dairəsində də səsvermə davam edir. Yeddi namizədin mübarizə apardığı dairədə 50 məntəqədə 47620 nəfər seçicinin səsvermədə iştirakı gözlənilir.  

Dairənin Bostançı kəndindəki 12 məntəqədə də seçici aktivliyi müşahidə olunur. 

Məntəqə sədri Ömər Əzizov Bizim.Media-ya açıqlamasında bildirib ki, saat 15:00-dək 1179 seçicidən 366 nəfər səs verib. 

Onun sözlərinə görə, bu gün bazar günü olduğundan məhsullarını satmağa gedən sakinlər indi qayıdaraq səs verir, prosesdən geri qalmırlar. 
 

58 saylı Xaçmaz kənd dairəsinin sədri Zöhrab Səfərov saat 15:00-a olan məlumata görə, ümumi seçicilərin 29,63 faizinin səsvermədə iştirak etdiyini vurğulayıb. O bildirib ki, bu, 14110 nəfər seçicinin səsi deməkdir. 


Səsvermə davam edir. Saat 19:00-dək bazardan, ot yığımından və meyvə yığımından qayıdan sakinlər də öz səsvermə hüququndan istifadə edəcəklər. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO