Ağdaşda seçicilərin fəallığı müşahidə olunur - FOTO

Ağdaşda seçicilərin fəallığı müşahidə olunur - FOTO

Hazırda oxunan: Ağdaşda seçicilərin fəallığı müşahidə olunur - FOTO

209441

Ağdaşda növbədənkənar Parlament seçkilərində seçicilərin aktivliyi günün ikinci yarısında da müşahidə olunub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 93 saylı Ağdaş Dairə Seçki Komissiyasının əhatə etdiyi 51 məntəqə üzrə 52267 nəfər seçicisi var ki, bunların 28522 nəfəri qadın, 23745 nəfəri isə kişilərdir.

Eyni zamanda ilk dəfə səs verən seçicilərin sayı 400 nəfərdir.

93 saylı Ağdaş dairə seçki komissiyasının ən yaşlı seçicisi isə 104 yaşlı Məhərrəmova Dinar Abduləziz qızıdır.
 

O, 50 saylı Kotavan kənd seçki məntəqəsində qeydiyyatdadır. Hazırda saat 15:00-a olan məlumata görə, ümumi rayon üzrə seçicilərin 17468 nəfəri yəni 33,42 faizi səs vermə hüquqdan istifadə ediblər.


Rayonda seçicilərin aktivliyi davam edir.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO