17 yaşlı qız itkin düşdü - Ailəsi oğurlandığını iddia edir

17 yaşlı qız itkin düşdü - Ailəsi oğurlandığını iddia edir

Hazırda oxunan: 17 yaşlı qız itkin düşdü - Ailəsi oğurlandığını iddia edir

209432

Bakıda 17 yaşlı Şaymuradova Sevda Marat qızı itkin düşüb.

Bizim.Media verir ki, bu barədə 1news.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Sevda evdən “Hədəf” kurslarına getmək adı ilə çıxıb və mənzil başına çatması barədə nənəsinə ismarıc yazıb, sonra isə anasının nömrəsinə mesaj göndərib. 

Deyib ki, onlarla yaşamaq istəmir və evdən getmək üçün pul yığıb.

Ailəsi yazılan ismarıcı psixoloq və psixiatrlara göstərib və onlar bunun uşaq tərəfindən yazılmadığını söyləyiblər:

“Çox güman, uşağı oğurlayıblar və onun adından ismarıc yazıblar”.

Sevdanın ailəsi onun itkin düşməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Həmçinin bildirilib ki, qızın şəxsiyyət vəsiqəsində adı Sevda olsa da, hamı onu Xədicə kimi tanıyır:

“Oğurlanmasında bir nəfərdən şübhələnirik. İstintaqın nəticəsini gözləyəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO