Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində qeydiyyatlı rayonun yaşlı sakinləri evlərində səs veriblər.
Bizim.Media xəbər verir ki, məntəqədən səlahiyyətli şəxs Orduxanlı İsmayıl Nəsiboğlu 13 nəfər seçicinin yaşı ilə əlaqədar evdə səs verəcəyini bildirib.
"Seçicilərimiz məhz öz ərizələri ilə müraciət edib, səsvermədə iştirak etmək istəyib", - İ.Nəsiboğlu bildirib.
O, əlavə edib ki, seçicilərdən ən yaşlısının 95 yaşı var.
Həmin sakin söhbət zamanı səsini məhz qadın namizədə vermək istədiyini bildirib. Qeyd edək ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində 1458 nəfər seçici qeydiyyatdadır. Onlardan 300-ə yaxını artıq səsvermədə iştirak edib.
Selcan Zaurqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:19 / 01.09.2024
Bu sakinlər evlərində səs verdi - FOTO
Hazırda oxunan: Bu sakinlər evlərində səs verdi - FOTO
Hazırda oxunan: Bu sakinlər evlərində səs verdi - FOTO
209427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.