Britaniya Lordlar Palatasının üzvü Füzulidə səsvermə prosesini izlədi - FOTO

Britaniya Lordlar Palatasının üzvü Füzulidə səsvermə prosesini izlədi - FOTO

Hazırda oxunan: Britaniya Lordlar Palatasının üzvü Füzulidə səsvermə prosesini izlədi - FOTO

209406

Beynəlxalq müşahidəçilər işğaldan azad olunan Füzuli şəhərində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkiləri izləyirlər.

Bizim.Media xəbər verir ki, beynəlxalq müşahidəçilər qrupunun tərkibində olan Britaniya Lordlar Palatasının üzvü Qurban Huseyin səsvermə prosesini Şuşada izlədikdən sonra Füzuli şəhərinə gəlib. 

O, ölkəmizdə keçirilən seçkilərin Britaniyadakı seçkilərlə oxşarlıq təşkil etdiyini vurğulayaraq, prosesi izlədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, işğaldan azad olunan Füzuli şəhərində 4 seçki məntəqəsi - 75, 76, 77, 78 saylı seçki məntəqələri fəaliyyət göstərir. 
 

Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. 


Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO