Seçkilərlə bağlı Əbülfəs Qarayevdən AÇIQLAMA – VİDEO

Seçkilərlə bağlı Əbülfəs Qarayevdən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Seçkilərlə bağlı Əbülfəs Qarayevdən AÇIQLAMA – VİDEO

209404

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Bizim.Media xəbər verir ki, hazırda 23  saylı Nəsimi-Səbail seçki dairəsinin 9 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.

Sözügedən məntəqədə 1278 nəfər qeydiyyatdadır. Qeydiyyatda olanlardan biri də sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevdir.

Əbülfəs Qarayev seçki ilə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüb: 

“Vətəndaşlar seçkilərdə aktiv iştirak edirlər. İlk dəfədir ki, parlament seçkiləri bütün suveren ərazilərimizdə keçirilir. Bu seçkilər növbəti mərhələdə aparılacaq islahatlara böyük bir yol açacaq. Ona görə də, hesab edirəm ki, vətəndaşlar seçkidə aktiv iştirak etməlidirlər”.   



Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO