62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında seçicilərin 22.4 faizi səs verib - FOTO

62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında seçicilərin 22.4 faizi səs verib - FOTO

Hazırda oxunan: 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında seçicilərin 22.4 faizi səs verib - FOTO

209403

Səhər saatlarından etibarən ölkənin hər yerində olduğu kimi  62 saylı Kürdəmir Dairə Seçki Komissiyasının əhatə etdiyi 52 məntəqədə növbədənkənar Parlament seçkilərinə start verilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, artıq səhər saatlarından çəkiliş apardığımız 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasının 1,10 və 16 saylı seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur. Secicilər rahat şəkildə seçki məntələrinə gələrək istədikləri namizədlərə səs verərək öz seçki hüquqlarından istifadə edirlər.

1 saylı məntəqənin sədri Vüqar Nəsirovun sözlərinə görə, gün ərzində məntəqədə 1462 nəfərin səs verməsi nəzərdə tutulur ki, onlardan 815-i kişi, 647-si qadındır.

Məntəqədə ilk dəfə səs verən seçicilərin sayı 12 nəfər, yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 3 nəfərdir.

Qeyd edək ki, bütün məntəqələr texniki avadanlıqlarla təmin olunub, müşahidə kameraları quraşdırılıb.

Məntəqələrdə seçki başlayan andan hər hansı bir qayda pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında gün ərzində 52 məntəqə üzrə 53257 nəfərin səs verməsi nəzərdə tutulur ki, bunlardan 530 nəfəri ilk dəfə səs verəcək seçicilərdir.

Rayonda ən yaşlı seçicinin 101 yaşı var. O, 30 saylı Qarasu seçki məntəqəsində qeydiyyatda olan Eyyubova Laləzar Məhəmməd qızıdır.

Bu saata olan məlumata görə, seçicilərin 12153 nəfəri yəni 22.4 faizi səs vermə hüququndan istifadə ediblər.

Müşahidələrimiz davam edir.



















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO