Hikmət Hacıyev: “Ermənistan silahlı qüvvələri üzərində məhdudiyyətlər olmalıdır” – VİDEO

Hikmət Hacıyev: “Ermənistan silahlı qüvvələri üzərində məhdudiyyətlər olmalıdır” – VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistan silahlı qüvvələri üzərində məhdudiyyətlər olmalıdır” – VİDEO

209400

Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. 

Bizim.Media Azərtac-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib. 

O qeyd edib ki, prosesin iki dövlət arasında sülh, qarşılıqlı anlaşma şəraitində gedişatı bunu deməyə əsas verir: 

“Artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. Bu missiyanın da fəaliyyətinə xitam verilməsinin zamanı yetişib”. 

H.Hacıyev vurğulayıb ki, hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb. Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır. 

Ermənistanın baş naziri Nikol Paşinyanın son fikirlərinə toxunan Prezidenti köməkçisi deyib: 

“Ermənistanın baş nazirinin açıqlamalarında kifayət qədər ziddiyyətli, həqiqəti əks etdirməyən məqamlar var. Ermənistan militarizasiya siyasətini həyata keçirir, bu, faktdır. Ermənistanın militarizasiya siyasətini həyata keçirməsində ona bir sıra Qərb ölkələri, xüsusilə Fransa tərəfindən ciddi dəstək verilir.

Bu, Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasına xidmət edən bir haldır, nəinki sülh gündəliyinin irəli aparılmasında. Bundan əlavə Ermənistanın baş naziri tərəfindən növbəti dəfə bir yalan səsləndirildi.
 

O qeyd edir ki, Azərbaycanın ümumdaxili məhsulunun 17 faizi guya hərbi xərclərə sərf edilir. Bu, tamamilə yalan bir məlumatdır. Əksinə, Ermənistanın ümumdaxili məhsulunun həcminə baxsaq, görərik ki, bu dövlət tam militarizasiya xarakterli siyasət yeridir. Növbəti bir məqam da ondan ibarətdir ki, Ermənistanın baş naziri qeyd edir ki, Azərbaycan hərbi imkanlarını artırır.


Burada Azərbaycanla Ermənistan arasında ciddi fərq olmalıdır. Bu mənada ki, Azərbaycan işğalçı dövlət olmayıb. Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək qonşu dövlətə münasibətdə həmişə bu meyarları əsas tutub. Amma Ermənistan işğalçı dövlət olub.

Biz İkinci Dünya Müharibəsindən sonra beynəlxaql münasibətlər sisteminə baxdıqda görə bilərik ki, çox az saylı dövlətlər var ki, onlar məhz işğalçı, təcavüzkar olublar.

Bunlardan biri də Ermənistan Respublikasıdır. Məsələn, İraq-Küveyt müharibəsindən sonra İraq silahlı qüvvələrinin inkişafında, ümumiyyətlə İraqın hərbi potensialının inkişafında müəyyən bir məhdudiyyətlər vardır. Hesab edirik ki, bu kimi məhdudiyyətlər Ermənistan silahlı qüvvələrinin üzərində də olmalıdır”. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO