Şəhid kapitanın ailəsi Astarada səs verdi

Şəhid kapitanın ailəsi Astarada səs verdi

Hazırda oxunan: Şəhid kapitanın ailəsi Astarada səs verdi

209395

Şəhid kapitan Kamran Fərəcovun həyat yoldaşı övladi ilə bərabər 79 saylı Astara seçki dairəsinin 4 nömrəli məntəqəsində səs verib. 

Bizim.Media xəbər verir ki,  bu məntəqə üzrə 1474 seçici qeydiyyatdadır.

Xatırladaq ki, Kamran Fərəcov 14 yanvar 1978-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olub.
 

1984-1995-ci illərdə Z.Bünyadov adına Astara şəhər 2 nömrəli məktəbində təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində xidmət edib.


2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib. Kamran Fərəcov 20 sentyabr 2020-ci ildən könüllü təlimlərə qatılıb, şəxsi heyəti döyüşə hazırlayıb. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Kamran Fərəcov 20 oktyabr Qubadlı döyüşləri zamanı şəhid olub və doğulub boya-başa çatdığı Astara rayonunda dəfn olunub. 

Şəhidin 2 əkiz qızı – Dəniz və Şəmsi yadigar qalıb.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO