Şimal bölgəsinin ən yaşlı sakini belə səs verdi – VİDEO

Şimal bölgəsinin ən yaşlı sakini belə səs verdi – VİDEO

Hazırda oxunan: Şimal bölgəsinin ən yaşlı sakini belə səs verdi – VİDEO

209392

Şimal bölgəsində yaşayan 100 yaşlı və bu yaşdan yuxarı 7 ən yaşlı seçici də bu gün parlament seçkilərinə öz münasibətini bildirəcək. Onlardan 6-ı qadın, biri isə kişidir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, uzunömürlü seçicilərin ən yaşlısı - 104 yaşlı Meynaz qızı Maqsudova Şabranın Ağbaş kəndində yaşayır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bölgələrdə seçici aktivliyi – FOTOREPORTAJ


56 saylı Şabran-Xaçmaz seçki dairəsinin Ağbaş kəndindəki 30 saylı seçki məntəqəsindən bu gün Meynaz Maqsudovanın evinə daşınan seçki qutusu aparılıb.

Ağbaş kəndindəki 30 saylı məntəqənin üzvü Rəşad Cəlilov ən yaşlı seçiciyə vəzifələrini başa salıb və bülleteni daşınan qutuya necə salmağı izah edib. Bölgənin ən uzunömürlü sakini istədiyi namizədə öz səsini verib və hamıya uğurlar arzulayıb.

Qeyd edək ki, gün ərzində digər ən yaşlı 6 seçici 55 saylı Siyəzən-Quba-Xızı, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 60 saylı Quba-Qusar seçki dairələrinin əhatə etdiyi seçki məntəqələrində daşınan qutu vasitəsi ilə Milli Məclisə seçkilərə qatılacaqlar.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO