“Xüsusilə vurğulamaq istəyirəm ki, bəlli bir sayda insanlarımızın seçki məntəqələrinə gəlişini gözləyirik. Beynəlxalq təcrübədən misallar göstərə bilərəm. Məsələn, ABŞ-da vaxtilə yalnız 25 faiz seçici iştirak edib və onun nəticələri prezidentin seçilməsinə və ali icra hakimiyyətinin formalaşmasına imkan verib”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olan Zahid Oruc deyib.
MÖVZU İLƏ BAĞLI:
Zahid Oruc belə səs verdi - VİDEO
“Yəni bu anlamda bizdə seçici fəallığının 50, 60, 70 yaxud 80 faiz olmayacağı bir şəraiti qətiyyən kimsə antidövlət, antihakimiyyət, antiseçki arqumenti kimi istifadə etməsin”, - deyə Z.Oruc əlavə edib.
Nuray, Bizim.Media