"Xalqımız kimi mən də sevinirəm ki, cənab Prezidentimizin və rəşadətli Azərbaycan Ordusunun səyləri nəticəsində torpaqlarımız işğaldan azad oldu. Torpaqlarımız işğaldan azad olunandan sonra keçirilən ilk növbədənkənar parlament seçkisidir".
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri növbədənkənar parlament seçkisində səsvermə hüququndan istifadə edən Baş nazir Əli Əsədov jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir Əli Əsədov səs verdi - VİDEO
"Azərbaycanın bütün ərazilərində seçki prosesi keçirilir, bunun üçün çox şadıq. Xalqımızın etimad göstərəcəyi 125 deputata uğurlar arzulayıram.
Dövlətçiliyimizin idarə olunmasında, qanunvericiliyin formalaşmasında və qanunlarımızın qəbul olunmasında parlamentin misilsiz xidmətləri var", deyə o qeyd edib.
Bizim.Media