Vyanaya uçan təyyarə Bakıda təcili eniş etdi - Sərnişin vəfat etdi

Vyanaya uçan təyyarə Bakıda təcili eniş etdi - Sərnişin vəfat etdi

Hazırda oxunan: Vyanaya uçan təyyarə Bakıda təcili eniş etdi - Sərnişin vəfat etdi

209357

Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb. 

Buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Boeing 787 təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.

Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO