Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Sadıqova vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, R.Sadıqov 2001-ci il martın 3-də Bakıda dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.
2020-ci ilin 10 oktyabrında Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şəhidlər xiyabanında dəfn olunub.
R.Sadıqov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Bizim.Media