Şəkidə də Milli Məclisə seçkilərdə səsvermə BAŞLADI

Şəkidə də Milli Məclisə seçkilərdə səsvermə BAŞLADI

Hazırda oxunan: Şəkidə də Milli Məclisə seçkilərdə səsvermə BAŞLADI

209347

115 saylı Şəki kənd Dairə Seçki Komissiyası üzrə 61 məntəqədə 54 minə 890 seçici qeydə alınıb. Bu dairə üzrə ilk dəfə səs verənlərin sayı 492 nəfərdir. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Dairə Seçki Komissiyasının sədri Rasim Əzizov məlumat verib. 

Qeyd edilib ki, Milli Məclisə seçkilərlə əlaqədar 8 namizəd qeydə alınıb. Onlardan 6-sı bitərəf, iki nəfər isə siyası partiyanın nümayəndələridir.

Dairə üzrə 871 nəfər müşahidəçi qeydiyyatdan keçib. Bu seçki dairəsinin 9 məntəqəsində veb-kameralar, 4-də isə əlillərin səsverməsi üçün panduslar quraşdırılıb. Dairənin 59 saylı seçki məntəqəsinin sədri Samirə Məmmədova bildirib ki, seçki prosesinin şəffaf və demokratik keçməsi üçün məntəqə üzvləri üçün hər bir şərait yaradılıb. 
 

Belə ki, məntəqə şəffaf qutular və generatorla təmin edilib. Seçicilər öz səsvermə hüququndan səmərəli istifadə edir. Məntəqədə müşahidəçi qismində qeydə alınan Esmira Əhmədova bildirib ki, burada 9 müşahidəçi qeydə alınıb. Onlardan 7-si bitərəf, daha iki nəfər isə siyasi partiyanın nümayəndəsidir. Müşahidəçi xanım seçicilərin aktivliyinə diqqət yetirərək bildirib ki, hər kəs öz səsvermə hüququndan istifadə edir. 


Esmira Əhmədova bildirib ki, seçki prosesində bu saata kimi heç bir neqativ hal qeydə alınmayıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO