MSK: Seçki məntəqələri hazır vəziyyətə gətirilir

MSK: Seçki məntəqələri hazır vəziyyətə gətirilir

Hazırda oxunan: MSK: Seçki məntəqələri hazır vəziyyətə gətirilir

209328

Növbədənkənar parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir.

Bu barədə Bizim.Media-ya Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, respublika üzrə 125 seçki dairəsi üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsində son hazırlıq işləri həyata keçirilir.

Parlament seçkiləri üçün seçki məntəqələri saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO