"Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib".
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
"Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib. Şəhər sakini N. Həsənov barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Gəncədə sərnişinlərdən birinin avtobusda qeyri-etik hərəkətlər etməsi ilə bağlı videogörüntü sosial şəbəkədə müzakirə mövzusu olmuşdu.
Bizim.Media