Lənkəranda kənd xoruzu kütləvi davaya SƏBƏB OLDU

Lənkəranda kənd xoruzu kütləvi davaya SƏBƏB OLDU

Hazırda oxunan: Lənkəranda kənd xoruzu kütləvi davaya SƏBƏB OLDU

209286

Lənkəranda qonşular arasında baş verən davada  üç nəfər bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. 

Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. 

İlkin məlumata görə, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladığı heyratı xoruzu digərinin həyətinə keçib.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma başlayib.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO