Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz ÜZƏ ÇIXDI

Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz ÜZƏ ÇIXDI

Hazırda oxunan: Jirinovskinin sağ olarkən ABŞ-dakı seçkilərlə bağlı verdiyi qorxunc proqnoz ÜZƏ ÇIXDI

209264

Son zamanlar sabiq LDP lideri Vladimir Jirinovski barədə müxtəlif fikirlər səsləndirirlər. Həmin fikirlərin məcmusu ondan ibarətdir ki, o dünyada baş verəcək bir çox hadisələrlə bağlı qabaqcadan proqnoz veribmiş. Bu günlərdə isə Jirinovskinin ölümündən bir müddət əvvəl verdiyi daha bir proqnoz açıqlanıb.

Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə rusiyalı jurnalist Vladimir Solovyov danışıb.

Solovyovun sözlərinə görə, sabiq LDP lideri sağ olarkən ABŞ-da prezident seçkilərinin 2024-cü ilin noyabrında keçirilməyəcəyini iddia edib.

“Jirinovskinin fikrincə, Amerikada seçki olmayacaq. Çünki o vaxta qədər dünyada və Amerikada çox ciddi hadisələr baş verəcək”, - deyə jurnalist bildirib.

Xatırladaq ki, bu ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkilərində vitse-prezident Kamala Harris Demokratların, sabiq prezident Donald Trampsa Respublikaçıların namizədidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO