Sadiq Qurbanov şəhid ailələrini ziyarət etdi — Salyanda seçicilərlə izdihamlı görüş - FOTO

Sadiq Qurbanov şəhid ailələrini ziyarət etdi — Salyanda seçicilərlə izdihamlı görüş - FOTO

Hazırda oxunan: Sadiq Qurbanov şəhid ailələrini ziyarət etdi — Salyanda seçicilərlə izdihamlı görüş - FOTO

209193

Sentyabrın 1-də ölkədə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 64 saylı Salyan seçki dairəsindən namizədi Sadiq Qurbanov seçicilərlə izdihamlı görüşləri baş tutub.

Bizim.Media  demokrat.az-a istinadən xəbər verir ki, Sadiq Qurbanov görüşlərə Qaraçala qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarətlə başlayıb.

Ziyarət zamanı deputatlığa namizədi Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov müşayiət edib.


Daha sonra Sadiq Qurbanov təbliğat-təşviqat kampaniyası çərçivəsində Salyanın Qaraçala qəsəbəsi, Pambıqkənd və Çadırlı kəndlərinin seçiciləri ilə görüşüb.

Böyük izdihamla keçən görüşlərdə kəndin tanınmış ağsaqqalları və ziyalıları çıxış edərək, deputatlığa namizəd Sadiq Qurbanova seçkilərdə qələbə arzu ediblər.

Görüşlərdə çıxış edən professor, AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy da Sadiq Qurbanova dəstəyini nümayiş etdirib. Professor Sadiq Qurbanovun fəaliyyətinin hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə söykəndiyini deyib.


Daha sonra Sadiq Qurbanov rayonda şəhid ailələrinə baş çəkib, onların məzarlarını, ev muzeylərini ziyarət edib. 

Görüşün sonunda 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Sadiq Qurbanov Qaraçala qəsəbə stadionu ilə tanış olub, eyni qəsəbənin adını daşıyan komanda üzvləri ilə xatirə fotosu çəkdirib. Görüş ATXƏM sədri İlham İsmayılovun təşəbbüsü ilə baş tutub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO