İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maariflənməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı avqustun 31-də Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava parkı ərazisində keçiriləcək.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə keçiriləcək festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ekoçanta, kitab, müxtəlif məktəb ləvazimatları, köynək, qida məhsulları və s.) əldə edəcəklər.
Maraqlı viktorinaların, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirən şəxslər həm təbiətə töhfə verə bilər, həm də müxtəlif hədiyyələr qazana bilərlər.
Festival Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava parkında saat 17:00-dan 19:00-dək keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:15 / 31.08.2024
“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Hazırda oxunan: “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Hazırda oxunan: “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
209190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.