Altıağac Milli Parkında “Açıq qapı” günü KEÇİRİLƏCƏK - FOTO

Altıağac Milli Parkında “Açıq qapı” günü KEÇİRİLƏCƏK - FOTO

Hazırda oxunan: Altıağac Milli Parkında “Açıq qapı” günü KEÇİRİLƏCƏK - FOTO

209189

Avqustun 31-də Altıağac Milli Parkının yaranması günü ilə əlaqədar milli parkda “Açıq qapı” günü keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Xızı rayonunun inzibati ərazisində yerləşən Altıağac Milli Parkı özünəməxsus rəng çalarları, sıx meşələri, çəmənlikləri ilə ilin bütün fəsillərində hər kəsi valeh edir. Bu ərazi təmiz dağ havasında təbiətlə harmoniyada dincəlmək istəyən hər kəsin yolunu gözləyir.

Xatırladaq ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO