Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar olaraq bu gün Azərbaycanda “sükut günü”dür.
Bizim.Media xəbər verir ki, parlament seçkiləri ilə əlaqədar həmin gün heç bir seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və bu proses avqustun 31-i saat 8:00-da dayandırılmalıdır.
Xatırladaq ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:00 / 31.08.2024
Azərbaycanda “sükut günü”dür
Hazırda oxunan: Azərbaycanda “sükut günü”dür
Hazırda oxunan: Azərbaycanda “sükut günü”dür
209186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.