Göyçay Peşə Liseyindən 77 tələbə XARİC EDİLDİ - Vəzifəli şəxslər işdən çıxarıldı

Göyçay Peşə Liseyindən 77 tələbə XARİC EDİLDİ - Vəzifəli şəxslər işdən çıxarıldı

Hazırda oxunan: Göyçay Peşə Liseyindən 77 tələbə XARİC EDİLDİ - Vəzifəli şəxslər işdən çıxarıldı

209180

Onlarla tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün Göyçay Peşə Liseyindən xaric edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib. 

Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub:

“Araşdırmanın nəticəsi kimi, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər”.

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin də əmək müqavilələrinə xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO