DSX-dan əməliyyat: İrandan narkotik keçirilməsinin qarşısı alındı - FOTO

DSX-dan əməliyyat: İrandan narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Hazırda oxunan: DSX-dan əməliyyat: İrandan narkotik keçirilməsinin qarşısı alındı - FOTO

209134

“Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib. 
 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 068 qram narkotik vasitə marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. 


"Belə ki, avqust ayının 26-da saat 08:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 520 qram narkotik vasitə marixuana və 1488 ədəd metadon M-40 həbinin, avqust ayının 30-da saat 01:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 12 kiloqram 548 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsinin qarşısı alınıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO