Tural Gəncəliyev Pirşağıda məskunlaşmış Xankəndi sakinləri ilə görüşdü – FOTO

Tural Gəncəliyev Pirşağıda məskunlaşmış Xankəndi sakinləri ilə görüşdü – FOTO

Hazırda oxunan: Tural Gəncəliyev Pirşağıda məskunlaşmış Xankəndi sakinləri ilə görüşdü – FOTO

209116

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 122 saylı Xankəndi seçki dairəsində bitərəf namizəd Tural Gəncəliyev seçicilərlə görüşlərinə davam edir. 

Bizim.Media xəbər verir ki, deputatlığa namizəd bu dəfə Şuşa rayonu 10 nömrəli tam orta məktəbdə Pirşağıda məskunlaşmış xankəndililərlə görüşüb. 

“Çətin şəraitə baxmayaraq, Xankəndinin azadlığına sidq ürəkdən sevinən və çox məğrur insanları görmək həmişə nəsib olmur. 

Allah xalqımızı və Xankəndi camaatımızı qorusun!” – T.Gəncəliyev bildirib. 

Qeyd edək ki, Tural Babaşah oğlu Gəncəliyev  6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən müvəqqəti olaraq Bakı şəhərinə köçüb.   

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 5 avqust 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Kanadadakı, 2014-2018-ci illərdə isə Çex Respublikasındakı səfirliklərində çalışıb.   

2018-ci ilin 20 dekabr tarixində keçmiş “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin qurultayının qərarı ilə qurumun İdarə Heyətinin sədri seçilib. Hazırda “Qarabağa Dönüş” İctimai Birliyinin sədri kimi fəaliyyətini davam etdirir.    

2020-ci il 9 fevral tarixində keçirilmiş parlament seçkilərində VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilib.

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO