Göygöldə dərmandan zəhərlənənlərin SON VƏZİYYƏTİ AÇIQLANDI

Göygöldə dərmandan zəhərlənənlərin SON VƏZİYYƏTİ AÇIQLANDI

Hazırda oxunan: Göygöldə dərmandan zəhərlənənlərin SON VƏZİYYƏTİ AÇIQLANDI

209104

Avqustun 30-da saat 01:00 radələrində Göygöl rayonunun Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Göygöldə 5 nəfər dərmandan ZƏHƏRLƏNDİ - Nənə və uşaq dünyasını dəyişdi - YENİLƏNİB


Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. 

Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir. 

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO