“B” kateqoriyalı sürücülərin də avtobus sürməsinə şərait YARADILACAQ? – MÜHÜM AÇIQLAMA

“B” kateqoriyalı sürücülərin də avtobus sürməsinə şərait YARADILACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: “B” kateqoriyalı sürücülərin də avtobus sürməsinə şərait YARADILACAQ? – MÜHÜM AÇIQLAMA

209099

Son zamanlar paytaxtda sürücü çatışmazlığı pik həddə çatıb. Problemin həlli üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müəyyən addımlar atsa da, problemlər hələ də davam edir.  Maraqlıdır ki, ölkəmizdəki “D” kateqoriyalı sürücülərin əksəriyyəti xarici ölkələrə üz tutur

Problemin həlli yolu nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkəmizdə avtoparkın yenilənməsi üçün müəyyən təşəbbüslər var:
 

MÖVZU İLƏ BAĞLI:

Avtobus zolağı ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ! 100 manat cərimə...


“Maraqlı odur ki, bu yenilənmə təkcə texinika üzərindən yox, həm də şəxsi heyət üzərindən aparılır. Yəni çalışılır ki, daha peşəkar sürücülər işə cəlb edilsin. Amma görünən odur ki, “D” kateqoriyalı sürüclər azdır. Ona görə də paytaxtda açıq sürücü çatışmazlığı yaşanır. 

Bunun da bir neçə səbəbi var. Əsas səbəb peşəkar və təcrübəli sürücülərin xarici ölkələrə axınıdır. Son illərdə çox sayda “D” kateqoriyalı sürücülər Polşaya, Rusiyaya, Türkiyəyə və digər ölkələrə axın edib. Proses bu gün də davam edir. Bu da onunla bağlıdır ki, sürücünün iş əmsalı ilə qazancı arasında tərs-mütənasiblik var. Ona görə də sürücülər iş və əmək haqqı daha sərfəli olan ölkələrə üz tuturlar. Ona görə də ölkəmzdə bu kateqoriyadan olan sürücülərin qıtlığı yaşanır”.

Ekspert vəziyyətdən çıxış yollarından da danışdı:

“Hesab edirəm ki, stimullaşdırıcı tədbirləri artırmaq lazımdır. Sürücülərin əmək haqqına və iş rejiminə yenidən baxılmalıdır. Digər bir tədbir o ola bilər ki, “B” kateqoriyalı sürücülərin “D” kateqoriyası alması üçün şərtlər yumşaldılsın. Çünki “B” kateqoriyalı sürücülər kifayət qədər çoxdur. Belə sürücülər arasında iş axtaranlar da çoxdur. Ona görə də kateqoriyaların uyğunlaşdırılması aparılsa, problem daha qısa zamanda həll oluna bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO