Azərbaycan Ordusunda Komando kursunun növbəti buraxılışı oldu - FOTO

Azərbaycan Ordusunda Komando kursunun növbəti buraxılışı oldu - FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunda Komando kursunun növbəti buraxılışı oldu - FOTO

209089

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

 

Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri kurs iştirakçılarına çatdırılıb.

 

Buraxılış mərasimində çıxış edənlər məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların əhəmiyyəti xüsusi qeyd edilib.

 

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

 

Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib, xatirə şəkili çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO