Həbsdə olan oğlu üçün psixotrop maddə keçirmək istəyən ana SAXLANILDI – FOTO

Həbsdə olan oğlu üçün psixotrop maddə keçirmək istəyən ana SAXLANILDI – FOTO

Hazırda oxunan: Həbsdə olan oğlu üçün psixotrop maddə keçirmək istəyən ana SAXLANILDI – FOTO

209080

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. 

Bu barədə Bizim.Media-ya Penitensiar Xidmətdən bildirilib. 

Məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO