Siyavuş Novruzovun seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlər – FOTO

Siyavuş Novruzovun seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlər – FOTO

Hazırda oxunan: Siyavuş Novruzovun seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlər – FOTO

209074

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Dünyamalı oğlu Novruzov təşviqat kampaniyası çərçivəsində Şərur və Kəngərli rayonlarında 32 şəhid ailəsini ziyarət edib, bir çox qazilərlə görüşüb, şəhid ailələrinin və qazilərin problemlərini dinləyib və yaxın gələcəkdə həllini tapması üçün müvafiq işlərinin görüləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Siyavuş Novruzov sosial şəbəkə hesabında məlumat verib.

Deputatlığa namizəd 9-30 avqust tarixlərində Şərur və Kəngərli rayonlarının kənd, qəsəbə və şəhərlərində  seçicilərlə 18 görüşü keçirib:

Aralıq kənd Mədəniyyət evində Aşağı Aralıq, Yuxarı Aralıq, Qarxun, Məmmədsabir və Sərxanlı kənd seçiciləri ilə;

Qıvraq qəsəbə Mərkəzinin iclas zalında Qıvraq qəsəbə, Şahtaxtı və Qabıllı kənd seçiciləri ilə;


Püsyan kənd
mərkəzinin iclas zalında Təzəkənd və Püsyan kənd seçiciləri ilə;

Danyeri kənd mərkəzinin iclas zalında Danyeri və Tənənəm kənd seçiciləri ilə;

Qarabağlar kənd mərkəzinin iclas zalında Qarabağlar kənd seçiciləri ilə;

Aşağı Daşarx kənd mərkəzinin iclas zalında Aşağı Daşarx, Oğuzkənd, Yeni Havuş və Xətai kənd seçiciləri ilə;


Çərçiboğan kənd mərkəzinin iclas zalında Çərçiboğan və Arbatan kənd seçiciləri ilə;

Çalxanqala kənd mərkəzinin iclas zalında Çalxanqala, Təzəkənd və Xıncab kənd seçiciləri ilə;

Vərməziyar kənd mərkəzinin iclas zalında Vərməziyar, Xanlıqlar, Ələkli və Stansiya Daşarx kənd seçiciləri ilə;

Vərməziyar kənd mərkəzinin iclas zalında Vərməziyar, Xanlıqlar, Ələkli və Stansiya Daşarx kənd seçiciləri ilə;


Yuxarı Daşarx kənd
mərkəzinin iclas zalında Dərəkənd və Yuxarı Daşarx kənd seçiciləri ilə;

Yeni Azərbaycan Partiyası Kəngərli rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclər ilə;

İbadulla kənd mərkəzinin iclas zalında İbadulla, Qışlaqabbas və Ərəbyengicə kənd seçiciləri ilə;

Siyaqut kənd mərkəzinin iclas zalında Siyaqut və Kosacan kənd seçiciləri ilə;


Tumaslı kənd
mərkəzinin iclas zalında Tumaslı, Diyadin və Vayxır kənd seçiciləri ilə;

Çəmənli kənd mərkəzinin iclas zalında Çəmənli, Dərvişlər, Qarahəsənli və Arpaçay kənd seçiciləri ilə;

Şərur şəhər Mədəniyyət sarayında şəhər seçiciləri, ziyalılar, ağsaqqallar, ilk dəfə səs verəcək gənclər, tələbələr və idmançılar ilə.

Görüşlər zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Ümumilikdə 50 nəfər seçici müxtəlif suallarla Siyavuş Novruzova müraciət edib, 30-dan çox müraciət yerində həll olunub, digərləri aidiyyatı üzrə baxılmaq üçün nəzarətə götürülüb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO