"Times" jurnalında Azərbaycan əsilli yazıçı haqqında məqalə dərc olundu - FOTO

Hazırda oxunan: "Times" jurnalında Azərbaycan əsilli yazıçı haqqında məqalə dərc olundu - FOTO

209073

"Times" jurnalının ədəbiyyat əlavəsində Fransada yaşamış Azərbaycan əsilli yazıçı Banu Əsədullayeva (Banin) haqqında məqalə dərc edilmişdir.

 

Sfera.az xəbər verir ki, əsl adı Ümmülbanu olan Banu Əsədullayeva 1905-ci ildə Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin ailəsində doğulub. Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsidir. Banu Əsədullayeva yaxşı təhsil almaqla yanaşı, Avropa dillərinə də hakim olub.1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra ailə Türkiyəyə, 1924-cü ildə isə Parisə köçüb.

 

"Banin" təxəllüsü ilə yazan Banu Əsədullayeva “Paris günləri” romanını dərc etdirmişdir. “Paris günləri" əsəri Anne Thomson Əhmədova tərəfindən tərcümə edilib.

 

Banin Dağlıq Qarabağda baş verən hadisələri həyəcan keçirərək izləyib. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz xalqını müdafiə edən məqalələr yazıb. Banin Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO