Telman Xəlilov vəfat etdi - FOTO

Telman Xəlilov vəfat etdi - FOTO

Hazırda oxunan: Telman Xəlilov vəfat etdi - FOTO

209069

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilov vəfat edib. 

Bu barədə Bizim.Media-ya BDU-nun mətbuat xidmətindən bildirilib. 

Telman Xəlilov 1938-ci il oktyabrın 26-da Bakıda anadan olub. 1957-1962-ci illərdə BDU-nun Geologiya-coğrafiya fakültəsində təhsil alıb.

1973-cü ildə kənd təsərrüfatı elmləri namizədi, 2003-cü ildə dosent, 2007-ci ildə coğrafiya elmləri doktoru, 2012-ci ildə professor elmi dərəcələrini alıb. 

Əmək fəaliyyətinə 1955-ci ildə “Leninneft” trestinin 12-ci mədənində operator kimi başlayan Telman Xəlilov 1964-1974-cü illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi,1974-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, laboratoriya müdiri işləyib. 1994-1996-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Elm və Təhsil İdarəsində baş mütəxəssis, 1996-cı ildən BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasında dosent, 2012-ci ildən Coğrafi ekologiya kafedrasında professor vəzifələrində çalışıb. 
 

Tədqiqat sahəsi coğrafi ekologiya və torpaqşünaslıq olan professor Telman Xəlilov 50 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 2 elmi-populyar kitab, 3 dərslik və dərs vəsaitinin müəllifi idi. 


Allah rəhmət eləsin! 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO