Siyasi bloger Cavid Zeynalov öz sosial hesabında deputatlığa namizəd Rafael Hüseynovu ifşa edib.
Bizim.Media “yenigundem.az”a istinadən xəbər verir ki, bloger bu barədə öz paylaşımında qeyd edib.
Bildirib ki, deputatlığa namizədin gənclərlə görüşdüyü barədə etdiyi paylaşım həqiqəti əks etdirmir.
“Sentyabrın 1-i üçün bəzi namizədlərə ümumi göz gəzdirdim. Bir neçəsini sizinlə paylaşmaq istəyirəm. Rafael Hüseynov dünən ATƏT-in müşahidə qrupu ilə görüşüb. Hacıqabulda yerləşən restoranların birində onlara bir çaynik çay alaraq dərin söhbət imitasiyalı şəkil paylaşıb. Görüşdən dərhal sonra restoranın kollektivini süfrə arxasına şəkil üçün dəvət edib güya Hacıqabul gəncləri ilə görüşü xalqa təqdim edib”, - siyasi bloger bildirib.
Cavid Zeynalov onu da qeyd edib ki, Rafael Hüseynov gənclərə su belə təklif etməyib.
“... Hətta bəzi ofisiantlar xüsusi nişan birkalarını belə çıxıramağı unudub. Bunu da hardasa başa düşmək olar , prosesə o qədər süni və özgüvənli baxırsınız ki, nəyinki xalqın fikrini heç kiçik detalları belə diqqətinizə almırsınız. Heç olmasa uşaqların qabağına çörək qoyardın.
Qabiliyyətiniz çatmırsa heç olmasa bir stəkan su qoyardınız. Görüşdüyün gənclərlə su verməyə səxavətin yoxdursa Hacıqabul camaatının 25 ildə yaranan su problemini necə həl edəcəksən?”, - o, qeyd edib.
Xatırladaq ki, Rafael Hüseynov sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deptatlığa namizəd olub.
Bizim.Media