287 müəllim MİQ-dən ŞİKAYƏT VERİB

287 müəllim MİQ-dən ŞİKAYƏT VERİB

Hazırda oxunan: 287 müəllim MİQ-dən ŞİKAYƏT VERİB

209055

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrindən narazı qalanların apellyasiya şikayətlərinə baxılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən çəlumat verilib. 

Bildirilib ki, MİQ-in müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərdilər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatıb. 
 

İnsan Resursları Mərkəzindən qeyd edilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 


Apellyasiya müsahibələri 3 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək. 

MİQ-in müsahibə mərhələsində uğur qazanmayan 341 müəllimdən 287-si apellyasiyaya müraciət edib. 

Xatırladaq ki, MİQ-in 14-22 avqust tarixlərində təşkil olunan müsahibə mərhələsində 4658 nəfər uğur qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO