Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Əməkdar artist Elza Seyidcahanın posterini cırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Seyidcahan özünün “Instagram” hesabında videomüraciət yayımlayıb.
"Dövlət başçımızın imzası ilə Əməkdar artist adını daşıyıram. Buna da hörmətiniz yoxdur? Xanımlığıma, analığıma, övladlığıma hörmətiniz yoxdur. Sizə rəqibəm, sağlam rəqabət aparıram. Niyə şəklimi cırdırırsınız? Maşınla keçirəm, görürəm ki, şəklimi yenə cırdırmısınız.
Niyə sizin şəkliniz cırılmır? Allah özü böyükdür. Hər birimizi görür. İndi mən nə edim? Seçicilərimlə görüşlərə hazırlaşım, yoxsa təbliğat-təşviqat şəkillərimi cırdıranlarla məşğul olum?”, - deyə Elza bildirib.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:23 / 29.08.2024
Deputatlığa namizəd olan Elza Seyidcahanın posterini cırıblar - VİDEO
Hazırda oxunan: Deputatlığa namizəd olan Elza Seyidcahanın posterini cırıblar - VİDEO
Hazırda oxunan: Deputatlığa namizəd olan Elza Seyidcahanın posterini cırıblar - VİDEO
209012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.