Türkiyəyə gələn turistlər asanlıqla Azərbaycanı və digər ölkələri də gəzə biləcək - Yeni layihənin unikal imkanları

Türkiyəyə gələn turistlər asanlıqla Azərbaycanı və digər ölkələri də gəzə biləcək - Yeni layihənin unikal imkanları

Hazırda oxunan: Türkiyəyə gələn turistlər asanlıqla Azərbaycanı və digər ölkələri də gəzə biləcək - Yeni layihənin unikal imkanları

208977

Məlum olduğu kimi Türkiyə Dövlət Dəmir Yolları (TCDD) İran, Azərbaycan və Gürcüstan arasında beynəlxalq turist qatarının təşkilini planlaşdırır.

Bunun həyata keçirildiyi təqdirdə, Türkiyədən başlayacaq səfərlər bu ölkələrdəki şəhərlərdə başa çatacaq. Turist qatarlarının ilin bütün aylarında həyata keçirilməsi planlaşdırılır. 

Ekspertlər hesab edir ki, bu layihənin reallaşması bölgəyə çox böyük iqtisadi-siyasi dividentlər gətirə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinə bu tuneldən keçib gedəcəyik - VİDEO


Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu çox unukal bir təklifdir:

“Əslində müasir turizm siyasətinin canı, mahiyyəti budur. Bu cür layihələr olmazsa biz böyük turist ölkəsi ola bilməyəcəyik. Praktikada “bölgə turizmi” deyilən bir forma var. Misal üçün biz “şengen vizası” ilə  eyni anda Avropanın bir çox ölkələrini gəzə bilirik. Bundan başqa, məsələn Sinqapura gedən turist asanlıqla Malayziyaya və Tailanda baş çəkə bilir. Yəni bu “bölgə turizmi” çox uğurlu bir layihədir. Bilirsiniz ki, hazırda gəmi turları da var. Bir portda gəmiyə minirsən amma neçə-neçə ölkədən keçirsən. Mən bu cür turlardan istifadə etmişəm və çox da məmnun qalmışam”. 

Müsahibimiz təəssüflə qeyd edib ki, əgər Ermənistanın xoş qonşuluq siyasəti olsa idi, Cənubi Qafqaz çoxdan dünyanın ən aparıcı turizm bölgələrindən birinə çevrilərdi:

“Və birgə turizmdən hər üç dövlət hər il milyardlarla dollar qazanardı. Əgər Ermənistan da Avstriya, Macarıstan təfəkkülü olsa idi, xoş qonşuluq siyasəti yürütsəydi, bölgə mübaliğəsiz deyirəm ki, turizmin Məkkəsinə çevrilərdi. Ona görə də qardaş Türkiyədən gələn bu təklif çox cəlbedici və perspektivlidir. Bu təklifi irəli sürənlər turizmin gələcəyini görə biləcək insanlardır. Əgər bu layihə reallaşsa adı keçən ölkələrə gələn turistlərin sayı dəfələrlə arta bilər.Ona görə də bu layihə dəstəklənməlidir, təşviq edilməlidir. Belə bir şansı əldən qaçırtmaq olmaz”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO