Qırmızı işıqda keçən avtobus sürücüləri cəzalandırıldı

Qırmızı işıqda keçən avtobus sürücüləri cəzalandırıldı

Hazırda oxunan: Qırmızı işıqda keçən avtobus sürücüləri cəzalandırıldı

208971

Abşeron rayonu ərazisində sfetaforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xırdalanda avtobus sürücüləri yarışdı, qırmızı işıqdan keçdilər - VİDEO


Qeyd edilib ki, “İsuzu” markalı  10-TG-026 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, sərnişin daşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu  və “İsuzu” markalı 90-RB-533 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü sərnişin daşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçdiyi üçün DYP-nə dəvət olunaraq onlarla profilaktiki söhbətlər aparılmış və pozmuş olduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə Xırdalanın Heydər Əliyev prospektində müxtəlif marşrut xətləri üzrə hərəkət edən iki marşrut avtobusunun ötüşməsi və işıqforun qırmızı işığında keçməsini əks etdirən görüntülər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO