2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyada bölmələrinin şəxsi heyəti ilə dağçılıq təlimi keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, çətin relyefli şəraitdə qrupların hərəkəti sərt qayalıqlardan eniş, çayların və göllərin keçilməsi, həmçinin əlverişsiz relyefdə yaralıların təxliyəsi üzrə epizodlar icra olunur.
Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə bacarıqlarının nəzəri və praktiki əsaslarını mənimsəməkdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 29.08.2024
Hərbi Dəniz Qüvvələrinin heyəti ilə dağçılıq təlimi keçirilir – FOTO/VİDEO
Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrinin heyəti ilə dağçılıq təlimi keçirilir – FOTO/VİDEO
Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrinin heyəti ilə dağçılıq təlimi keçirilir – FOTO/VİDEO
208969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.