Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi BAŞLADI

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi BAŞLADI

Hazırda oxunan: Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi BAŞLADI

208952

29 avqust 2024-cü il saat 14:00-dan 2 sentyabr saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 685 yerdən ibarət olub. Onlardan 60 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub. 
 

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 17 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). 


Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2024, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır. 

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ünvanına daxil olub ixtisas seçimi edə bilərlər. 

Aşağıda boş qalan plan yerləri təqdim olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO